“Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi bağlanmalıdır”

“Şərq” TV-nin “Düzünü deyək” verilişinin növbəti qonağı tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov tamaşaçıların suallarını cavablandırdı. O, həmçinin Zəngəzur dəhlizi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirdi: 
“Zəngəzur dəhlizi mütləq açılmalıdır.

Bu olmasa, Laçın dəhlizi bağlanmalı və ya bombalanmalıdır. Əks varianta razı ola bilmərik. Bu, bizi aldatmaq olar. Şəhidlərimiz bizi bağışlamaz. Bunu Rusiya da başa düşür.
Hətta fikrimcə, Laçın dəhlizi bağlanarsa, bu, Moskvanın razılığı ilə olacaq.
Məqsəd Ermənistanı cəzalandırmaq, sözünün üstündə durmamasının onun üçün baha başa gəldiyini göstərməkdir”.