Sərhəddəki təxribatlarda “Fransa izi” - “Ermənilərin “əli” ilə çaxnaşma yaradılır”

Ermənistanla sərhəddə baş verən son insidentlər müxtəlif şübhələr yaradır. Məlum olduğu kimi, rəsmi İrəvan uzun illər bir çox dövlətlərin, o cümlədən Fransanın “kuklası” olub. Bu, elə indi də belədir. Yoxsa, Ermənistan belə çılğınlıqlara cəsarət etməzdi. Hər halda “şir ürəyi yeməyib”...

Politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasında cəbhədə baş verənlərə Makron administrasiyasının təsiri barədə iddialara münasibət bildirdi: 

“Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Ermənistanın, erməni lobbisinin və onun havadarlarının xoşuna gəlmədi. Onlar qələbəmizi hiddətlə qarşıladılar. Çünki Qarabağda “burunu əzilən” təkcə Ermənistan deyil, həm də onun havadarları idi. Fransa Azərbaycana və Türkiyəyə təzyiq göstərmək, qardaş dövlətlərin regiondakı liderliyinə mane olmaqdan ötrü ermənilərin “əli” ilə çaxnaşma yarada bilər”. 


Politoloq digər variantları da istisna etmədi: 

“Cəbhədə baş verənlərin Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı olması da mümkündür. Xüsusilə, Ermənistan müdafiə naziri ilə baş qərargah rəisi arasında fikir ayrılığı bu ehtimalı bir az da artırır. Başqa bir variant isə bundan ibarətdir ki, Rusiya Azərbaycan-Ermənistan sərhəddində mühafizədə vacib fiqur olduğunu göstərmək məqsədilə baş verənlərdə iştirakçı olsun”.