“NATO rus qoşunlarının Qarabağda olmasından narahatdır” - Ekspert

“NATO rus qoşunlarının Qarabağda olmasından narahatdır”. 

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspertin sözlərinə görə, NATO-nun narahatlığı Azərbaycanın əlini gücləndirən məqamlardandır: 

“Şimal Alyansının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib ki, rus hərbçilərinin Qarabağda olmasını Moskvanın Gürcüstan ətrafında hərbi qüvvələrini artırması kimi qəbul edirlər. O əlavə edib ki, Azərbaycan rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Birincisi, Bakı rus qoşunlarının sülhməramlı adı altında Qarabağda 5 ildən artıq qalmaq istəyinə qarşı NATO-nun dəstəyini əldə etmiş olur. İkincisi isə NATO-nun bu mövqeyi Rusiyanı bölgədə maraqlarını qorumaq üçün Ankara və Bakı ilə anlaşmağa məcbur edir”.