Böyük dönüş           

  Müharibələr haqqında deyilən  fikirləri cəmləşdirib belə qənaətə gəlmək olar ki,analar övlad,millətlər dövlət,müharibələr isə dünyaya qəhrəmanlar gətirir. Məğlubiyyət yetim olur , qələbə isə bütün acıları unutdurur .
Odlu silahın kəşfi  qala müharibələrini səngər müharibələri ilə əvəz etdi.
İtkilərin sayı çoxalmağa başladı,şəhərlər,kəndlər daha böyük dağıntılara məruz qaldı.
Bu günə qədər baş verən müharibədə istifadə olunan strategiyanın Çingiz xana məxsus olması bilinməkdədir.
Dəqiq kəşfiyyat,düşmən qüvvələrini parçalamaq və gözlənilməz zərbə.
Müharibələr bir gün,yüz gün və yaxud yüz il və artıq davam edib.
Bəzən məsələn e.ə585-ci ildə Midiya Babil qoşunu üz-üzə dayansada həmin gün günəşin tutulmasına görə tərəflər bunu müəyyən əlamət hesab edərək sülhlə ayrılıblar.
Bəzən müharibə say üstünlüyü və bəzən də sayın heç bir əhəmiyyəti olmaması ilə bağlı olub.
Məsələn e.ə 480-ci il Fermopil döyüşü.Əgər Sparta hərbiləşdirilmiş dövlət olmasaydı və döyüşün baş verdiyi o keçid onda yarım milyonluq fars qoşunu spartalılar ayaqlayıb keçərdi.                                       Kimin kimi aldatması baxımından 
Süffeyn döyüşü çox maraqlıdır .Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə İbn Əbu Süfyan arasında Siffində 657-ci ildə baş verib.
Təqribən 3 aya yaxın müddət ərzində baş verən döyüşün qızğın vaxtı 26-28 avqust tarixində baş verib.
Kiçik toqquşmalardan sonra Əli qəti bir vuruşmada üstün gəldi.
Lakin sərkərdə Əmr hərbi hiyləylə əl atmaqla Müaviyəni xilas etdi.
O,suriyalılara əmr etdi ki,öz nizələrinin ucuna Quran vərəqlərini assınlar.
Görünür Əlinin hamıdan daha artıq müsəlman olması onun özünün hərb meydanında uduzmasına səbən olur.
Yaxud Dehli Sultanı İbrahim Ludi və Zahirəddin Babur arasında baş verən  Panipat döyüşü odlu silahın müharibədə artileriyanın əsas rol oynayacağını əyani göstərdi.Orta əsrlərin ən güclü artileriyasına malik olan osmanlı qoşunu Konstantinopolu fəth edərək müharibələr tarixində yeni səlnamə yazdı.
Doğrudur I Dünya müharibəsində bir çox yeniliklər  ilk tank,kimyəvi silahlar,sualtı qayıqlar,təyyarələrdən geniş istifadə edilsədə onu ikinci dünya müharibəsi ilə müqayisə etmək olmaz.
Əslində 30-cu illərdə Sovet-Yapon,Sovet-Fin və İspaniyada Sovet-Alman qarşıdurması fəlakətin nə qədər böyük olacağını xəbər verirdi.
Həmin dövrlərdə alman ordusunun  generalı Quderianın müasir müharibə,tank,quru və hava qüvvələrinin sinxron fəaliyyəti ilə bağlı fikirləri yeni müharibə aparmaq qaydasının yaranmasından xəbər verirdi.
Aydın olurdu ki,yeni müharibə surət və tez-tez dəyişən taktika ilə müşayət olunacaq.
Sovet ittifaqında bu konsepsiya məsxərə ilə qarşılandı.
Faşist almaniyası iyun,oktyabr ayı ərzində bir mln beş yüz min km² Sovet ittifaqının ərazisini zəbt etdi.
Çingiz xan strategiyasına uyğun olaraq zərbə o qədər gözlənilməz idi ki,dörd mln sovet əsgəri müharibənin elə ilk həftəsində əsir  düşdü.
Ordu komandanı Vlasov ümumiyyətlə almanlara təslim oldu.
Aparılmış təbliğat nəticəsində bəzi qərbi Sovet rayonlarında almanlar duz çörəklə qarşılandı.
Həmin ağır günlərdə SSRİ baş qərərgahının rəisi Jukov Stalinə bildirir ki,biz hansısa bir əməliyyatı işləyib direktiv halında cəbhəyə göndərənədək almanlar mövcud döyüş səhnəsindən çox-çox uzaqda,irəlidə olurlar.
Sovet generalları başa düşür ki,müharibə aparmaq taktikası dəyişib.
1943-cü il Kürsk döyüşündə Sovet kəşfiyyatının əldə etdiyi məlumat almanların hazırladığı böyük əməliyyatı alt üst edir.
Doğrudur almanların üç aya gəldiyi yolu Sovet qoşunları dörd ilə qayıtslarda , necə deyərlər sovet ordusu döyüşü uduzsada müharibəni qazandı . 
Sovet qoşunlarının Berlin əməliyyatı Sovet tarixçiləri tərəfindən geniş araşdırılsa da yanaşmalar birmənalı deyil .
Əməliyyatın qeyri-adiliyi ondadır ki,yüz qırx projektorun birdən düşmən mövqeyini işıqlandırmaqla müəyyən müddətə alman tərəfi kor olsada lakin Sovet tərəfindən milyondan artıq əsgərin itirilməsi bəzi sovet tarixçiləri tərəfindən yolverilməz sayılır.
ABŞ  1945-ci il iyunda Alemadre statında ilk nüvə sınaqı keçirdi.
Dünyanın bölünməsi üçün toplanan Podstam konfransının işinə təsir etmək üçün ABŞ prezidenti H.Trümen Stalini ABŞ-ın kütləvi qırğın silahına malik olduğunu bildirir.
Konfransda Stalin-Trümen dialogu artıq hərbi sənayə komplekslərinin formalaşması və onun dünyanın siyasi gedişinə təsir etmək gücünə malik olduğunu göstərir.
İkinci dünya müharibəsindən sonra baş verən lokal müharibələr əslində sovet ittifaqını iqtisadi cəhətdən çökdürürdü.Elə ABŞ və onun müttəfiqlərinin məqsədi də bu idi .SSRİ deyilən qurama dövlətin daxilindəki süni qardaşlıq dağılmaqda idi .Bu zaman  gizli orqanlar milli qarşıdurmalar yaratdı .Bu isə SSRİ-nin axırına çıxdı.
Ermənistan layihəsi deyilən məsələnin bariz nümunəsidir .Xəritəyə nəzər salsaq  bütöv müsəlman-türk regionunda yaranan bu dövlətin məqsədi  aydın şəkildə görünməkdədir.
SSRİ-nin dağılması heç də uzaq tarix deyil.
Etiraf etməliyik ki,1988-1993-cü illər birinci Qarabağ müharibəsində təkcə real hərbi əməliyyatlardan söhbət getmir. Yeni yaranmaqda olan Azərbaycan ordusunun arxasında,şəhərlərimizdə erməni terroru baş alıb gedirdi.Mülki əhali arasında çaş-başlıq yaratmaq,insanların gözünü qorxutmaq üçün sərnişin avtobus , metro partladılması dünyanın gözü qarşısında baş verdi. Birdəki  ermənilər bu işdə təcrübəli idilər.
Ermənilərin 1988-92-ci il   fəaliyyəti heç bir müharibə qanunlarına  uyğun gəlmirdi . Onlar mülki əhaliyə divan tutduqca daha cəsarətlənirdilər. Bu müharibədən çox siyasət idi. 20 yanvardan sonra ümummilli lider  H.Əliyevin xalqa müraciəti çox şeyi dəyişdi.  Sovet rəhbərliyinin düşmən siyasəti artıq başa düşülmüşdü. Dağılmaqda olan dövlətdə müttəfiq respublikalardan ən ağır vəziyyət Azərbaycanda idi. Sovet rəhbərliyinin erməniləri dəstəkləməsi,beynəlxalq erməni lobbisinin böyük yardımı erməniləri daha azğın edirdi. Əlbəttə nəticə özünü çox gözlətmədi. Artıq sir deyil ki, Sovet qoşunlarının 77-ci desant ordusu  və  onun 366-cı alayı əsgər və zabit heyyəti yaşayış məntəqələrimizi boşaltmaq üçün ermənilərdən kifayət qədər vəsait alırdılar. Erməni təbliğatı yaranmış vəziyyətdən maksimum istifadə etdi.  Onlar aldıqları vəsaitin əvəzində dəridən-qabıqdan çıxırdılar.   Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı bədhaxları xeyli sarsıtdı. Bir nəfət bütöv bir orduya qarşı. Bu işin davamı özünü çox gözlətmədi. Aprel döyüşləri,1992-ci ildə Şuşa döyüşlərinə rəhbərlik edən erməni general Arkadi Ter-Tedovesyan aprel döyüşlərində Azərbaycan ordusu uğurlu döyüş kəşfiyyatını həyata keçirdiyini  dedi. Bu gələcək hərbi əməliyyatların zəmini oldu . Vətən müharibəsini yalanla həqiqətin ,mərdliklə namərdliyin seçildiyi gündür. Bizim bildiyimiz və bilinən tərəf odur ki,dövlət və xalqın birliyi dünyanı heyrətə gətirdi.Digər tərəfdən Azərbaycan hərb sənəti müharibələrin aparılması tarixində  inqilabi dəyişiklik etmişdi.
Müharibənin ilk günlərində kimin nə deyəcəyi və proqnozları çox maraqlı idi. Xüsusilə özünü yüksək rütbəli qərərgah zabiti adlandıran Mixail Xodoryonok müharibənin əvvəlində erməni silahının,erməni əsgər və generallarının  qəhrəmanlığından  danışırdı.
Müharibənin sonunda isə etiraf etdiki mən yanılmışam. 
Dünya erməniliyinin altı il ərzində işğal etdikləri Azərbaycan torpaqları qırx dörd gün ərzində azad edilmişdi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  yaydığı video görüntülər ümumiyyətlə erməniləri yerdən-yerə vurdu. Erməni təbliğatının yaratdığı qəhrəmanlıq mifi dağıdıldı. Vətən müharibəsi xalqımızın tarixində çox şeyi dəyişdirdi.Bu müharibə  nəinki Azərbaycanın ,eyni zamanda dünyanın  hərb və müharibələr  tarixində böyük dönüş oldu . Demək olar ki, hətta dünyanın aparıcı dövlətləri silahlı qüvvələrinə , ordularının təşkilinə yenidən baxmalı oldular. Hərbi akademiyaların dərsliklərində yeni fəsillər və ordu quruculuğunda isə yeni  qoşun növlərinin yaradılmasına başlanıldı.  Bu müharibə azərbayacan qururunun qələbəsinin idi  .80-90-cı illərdə erməni gülləsindən beşik nəğmələri yarımçıq qalmış uşaqlar məğlubiyyət yükünü üstümüzdən götürdülər. Bəzilər üçün həmin ana laylaları,ana ağısına çevrilsədə onlar öhdələrinə düşən vəzifəni şərəflə yerinə yetirdilər.BDU Qazax filialının müəllimi                                                                                         

 Qurbanov Dilavər İsgəndər oğlu