Ermənilər Laçını özlərinə layiq tərk ediblər -"İŞİD kimi bir topluluqdur..."

Akif Nağı: "Onlar İŞİD kimi bir topluluqdur, heç bir fərqləri yoxdur"
  Ermənilər 30 il əvvəl Qarabağa, işğal etdikləri yaşayış məntəqələrinə necə soxulmuşdularsa, bu gün də eyni vəhşiliklə ərazini tərk edirlər. Bu qədər zaman keçsə də, uzun illər ötsə də, dəyişməyən tək şey erməni xislətidir. 1992-ci ildə işğal etdikləri Laçın şəhərində qeyri-qanuni məskunlaşan ermənilər torpaqlarımızı tərk edərkən hər yeri söküb-dağıdıb, yandırıb çıxıblar. Laçın şəhəri və Zabux kəndini yandırmaq cəhdinin qarşısı alınan ermənilər yol kənarındakı ərazilərə, otlaq sahələrinə, yaşıllıqlara od vurublar. Məqsədləri alovun geniş miqyas alaraq, meşələrə, dağlara yayılması olub. Lakin yanğının vaxtında söndürülməsi təbii fəlakətin qarşısını alıb. Ermənilər Zabux və Sus kəndlərində yaxınlarının məzarlarını qazıb, meyitlərini də özləri ilə aparıblar. Ərazidəki Su Elektrik Stansiyası da vandalizmə məruz qalıb. Ərazilərdəki tikililər, evlər, kommunikasiya xətləri, elektrik dirəkləri, naqillərin sökülməsi, yolların, boruların və körpülərin dağıdılması Rusiya sülhməramlılarının gözü qarşısında baş verib. Vəhşi ermənilər yol kənarındakı ağacları da kəsiblər. Kəlbəcərdə, Ağdamda olduğu kimi, Laçını da özlərinə layiq izlər qoyaraq tərk ediblər.
  Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Sherg.az"a bildirib ki, ermənilər ən eybəcər xüsusiyyətlərə malikdir. QAT rəhbərinin sözlərinə görə, tarix boyu bəşərin ən tanınmış simaları, mütəfəkkirləri erməni toplumunun mənfiliklərindən, insanlıqdan uzaq davranışlarından bəhs ediblər: “Ermənilərin xəmiri xəyanət və nankorluqla yoğrulub. Ona görə də başqa cür hərəkət etməyi bacarmırlar. Onların işi düşmənçilik, quldurluq, pislik etməkdir. Ermənilər özləri də yaxşı bilirdilər ki, gec-tez Laçını və işğal etdikləri digər rayonlarımızı tərk edəcəklər. Məhz həmin ərazilərin özlərinə məxsus olmadıqlarını, özgəsinin torpağı olduğunu bildikləri üçün, bizə ziyan vurmaq məqsədi ilə yandırıb-dağıdıb çıxırlar. Ölülərini də müvəqqəti basdırdıqları üçün özləri ilə daşıyırlar. Ermənilər məzarları dağıtmağı yaxşı bilirlər. 30 il ərzində Qarabağda heç bir məzarlıq qalmayıb, hamısını yerlə-yeksan ediblər. Hətta bir erməni qəsdən evin içində donuz kəsərək qanını axıdıb, parçalarını otağın müxtəlif yerlərindən asıb. Buna nə ad vermək olar?! Ermənilərin otlaqları məhv etməsi, ağacları kəsməsi, meşələrə od vurması da əsl vandalizmdir, bəşəriyyətə, təbiətə düşmən olmaqdır. Onlar İŞİD kimi bir topluluqdur, heç bir fərqləri yoxdur”.
  A.Nağı vurğulayıb ki, ermənilər məğlubiyyəti qəbul edə bilmirlər: “Guya, öz ağıllarınca, belə iyrənc hərəkətlərlə Azərbaycana zərbə vurmağa, bir növ “qisas” almağa çalışırlar. Bizim millətə qarşı o qədər nifrət siyasəti ilə yetişiblər ki, bu cür çirkin addımların dünya ictimaiyyətində hansı reaksiya doğuracağını da düşünmürlər. Əlimizdəki bütün foto-videoları, dəlil-sübutları beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmalıyıq. Erməni vəhşiliklərini ifşa etmək hamımızın vətəndaşlıq borcudur. Həmçinin, torpaqlarımızda qanunsuz əməllər törətmiş, ərazilərimizə ziyan vurmuş ermənilərə qarşı cinayət işi açılmalıdır”.