Gürcüstanlı politoloqlar Xankəndi-Laçın yolundakı vəziyyəti şərh ediblər (VİDEO)

Artıq 13 gündür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda ekofəal və gənc könüllülər etiraz aksiyası keçirirlər.

Onlar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulmasını tələb edirlər.

Gürcü ekspertlər isə Qarabağ ərazisində baş verənlərin təkcə Azərbaycan üçün deyil ümumilikdə region üçün mühüm məsələ olduğunu bildirilər.

24News.ge xəbər portalının əməkdaşları Qarabağ iqtisadi rayonunda gedən proseslərlə bağlı Gürcüstanlı politoloqların fikirlərini 
alıblar.