Füzulidə tikilən məktəb nə vaxt istifadəyə veriləcək?  - FOTO

Erməni işğalından azad olunan Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb binası yeni tədris ilində istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan regionlararası forumunda deyib.
O qeyd edib ki, bu təhsil ocağı Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.