İspaniyalı jurnalist: “Xankəndi-Laçın yolunda blokada yoxdur”

“Ekofəalların etiraz aksiyasının bu gün də davam etdiyi Xankəndi-Laçın yolunda heç bir blokada yoxdur, humanitar yardım daşıyan avtomobillər bu yoldan sərbəst keçirlər”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ispaniyalı jurnalist Beya Ximenes deyib.
“Bu yolda etiraz edən gənclər təbii sərvətlərin istismarı, ərazilərin minalanmasına son qoyulmasına tərəfdardırlar. Bu, çox yaxşı təşəbbüsdür”, - o deyib.
B.Ximenes əlavə edib ki, bu aksiya dinc xarakter daşıyır.