Laçın-Xankəndi yolundan RSK-nın 62 maşını keçib - YENİLƏNİB

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus iki avtomobil Laçın istiqamətindən Xankəndiyə maneəsiz keçid edib. Səhər saatlarından indiyədək aksiya keçirilən yerdən RSK-ya məxsus ümumilikdə 62 avtomobil keçib.

***

10.10

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus maşın karvanı yoldan maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 11 yük avtomobili Laçın istiqamətinə gedib.