Ötən il 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb

“Hər il Şuşaya gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Ötən ilin statistikasına görə, 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb”

Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova APA-ya açıqlamasında deyib.

Səmayə Məmmədova bildirib ki, türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu il qonaqlar üçün nəzərdə tutulan bir çox tədbirlər həyata keçiriləcək.

O qeyd edib ki, hər il Şuşaya gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Ötən ilin statistikasına görə, 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb.

“Bu il bir yenilik olacaq, bu yenilik də ondan ibarətdir ki, mart ayının 18-dən başlayaraq, Şuşaya gəlmək istəyən insanların arzu və istəkləri nəzərə alınacaq. Artıq 2 günlük turistik proqram təşkil olunub ki, bu proqrama əsasən, turistlər burada gecələyəcəklər və onlar üçün müəyyən olunmuş xüsusi proqramlar olacaq” -deyə, Səmayə Məmmədova vurğulayıb.

Qeyd edək ki, bir qrup jurnalist Şuşada tarixi və mədəni abidələr ziyarət edilib, şəhər ərazisində görülmüş yeni işlərlə tanışlıq olub.