Britaniyanın Azərbaycandakı səfiri Ağalıda şagirdlərlə görüşüb - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndindəki məktəbdə olub, şagirdlərlə görüşüb.
Bununla bağlı diplomat öz “Twitter” hesabında paylaşım edib.
“Səməninin yaşıl cücərtisi kimi, bu kənd də dağıntılar dövründən sonrakı həyatın ilk nişanələridir. Ağalıda uşaqlar Britaniya və Azərbaycanın birgə səyləri nəticəsində yenidən təhlükəsiz şəraitdə təhsil ala bilirlər”, - səfir bildirib.