ATƏT PA-nın nümayəndələri Zəngilanda səfərdədirlər

Bu gün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) nümayəndələrinin Zəngilan rayonuna səfəri başlayıb.

“Report” xəbər verir ki, onlar Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olacaqlar.

Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat keçirəcək. Bundan sonra isə ATƏT rəsmiləri dəmiryol infrastrukturuna, “Azərişıq” ASC-nin yaşıl enerji obyektlərinə baş çəkəcəklər.
Xatırladaq ki, mayın 22-də Bakıda ATƏT PA-nın nümayəndələrinin iştirakı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.