“Laçın” sərhəd nəzarət məntəqəsi bazar günü də adi qaydada fəaliyyət göstərir


Aprelin 23-də yaradılan “Laçın” sərhəd nəzarət məntəqəsi həftənin 7 günü və 24 saat tam rejimdə fəaliyyət göstərir ki, bu da sərhəd-keçid rejimini xeyli sadələşdirir.

"Report" xəbər verir ki, bunu "Caliber.az"ın əldə etdiyi yeni video kadrlarda görmək olar.

Videoda Azərbaycanın Qarabağ bölgəsinin sərhədi keçən erməni sakinlərinin - qadınların, uşaqların, kişilərin qeydiyyat pəncərəsi qarşısında necə düzüldüyünü görmək olar.

Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır.