Xarici diplomatlar Zabuxda olublar

Laçın səfəri çərçivəsində diplomatik korpus nümayəndələri Zabux kəndində də olublar.

APA xəbər verir ki, onlara məlumat verilib ki, 30 ilə yaxın davam etmiş işğal dövründə kənd tamamilə dağıdılıb, məhv edilib.

Qeyd edilib ki, hazırda isə Zabuxda genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.

Diplomatların diqqətinə çatdırılıb ki, Zabux 245 ailəlik kənd yaşayış məntəqəsidir.