Həsrətin rəsmi...
06:13 26.07.2020
Qarabağ
1278
Belə deyirlər ki, ölümdən başqa hər şeyə çarə var... Amma illərin təcrübəsi, yaşadıqlarımız, itirdiklərimiz onu sübut etdi ki, bu dünyada Vətən həsrəti deyə bir duyğu var, qəlbini yaxıb-yandıran, hər dəfə urəyini oyan, şimşək kimi kül edən, acısına heç nə məlhəm olmayan... Və o an dayanarsan, gözlərini bir nöqtəyə zilləyib yaddaşınla əlləşərsən, o günlərə - Agdamlı günlərə qayıdarsan... Kəndimizin - Novruzlunun axarlı-baxarlı günlərində günün istisində də, soyuğunda da, yağışında, dumanında da, səhərində, axşamında da xoşbəxtliyini xatırlayarsan...
Evində aylarla, həftələrlə qonaq qaldığımız Ruqiyyə mamanın çörəyinin ətrinin, Rəşid əminin nobatdan gəlib dəryaz döyəcləməsinin səsini, sovet sədri işləyən Süleyman əmiyə gələn ardı-arası kəsilməyən telefon zənglərinin, biri-birinə qarışmış uşaqların qayğısız, şaqraq gülüşlərinin, alatoranın qəribə qəmginliyini bizə unutduran və sonradan müharibə ucbatından kövrək talelər yaşayan qohumların mehribanlığının, bağlarda, həyətdə yeridikcə cənnət qoxulu bədrüşün bu ab-havaya xüsusi ovqat qatmağının, hasarın arxasından atın üstündə özünəməxsus tərzdə bir gün toy dəvəti, bir gün hüzr xəbərdarlığı edən Pöhrüz kişinin harayının, qonşu Tehruza xalanın məzəli söhbətlərinin, daş yoldan kəndə burulan avtomobilin toz qopara-qopara "kimin qapısında dayanacaq " marağının... sonra isə o evlərin hər daşının, hər ağacının, hər yarpağının, hər gülünün, hər tozunun...
Atamın bizi Ağdamdan Şuşaya gəzməyə aparacağı xəbərinin sevincinin, Şuşanın sirli meşələrinin, min dərdə dəva bulaqlarının, ətrafa yayılan gül-çiçək, kəklikotu qoxusunun, atamla-anamın maraqlı, keşməkeşli uşaqlıq, gənclik hekayələinin, başı dumanlı dağların həsrətini çəkərsən... Elə çəkərsən ki, sonda bunun dərdə çevrildiyini anlayarsan və o dərdi çəkərsən...
Bu an Tanrıya yalvararsan ki, mənə kaş ki, rəsm çəkmək kimi istedad verərdin... Bax onda, heç olmasa, yaddaşımda qalanları bircə-bircə çəkərdim... Bir də...bir də bu rəsmin fonunda 8 ildir qoynunda uyuyan məsum, müqəddəs anamı və bu ayrılığın sinəmə çəkdiyi dağı çəkərdim....
Aytəkin Nəsirova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm