Makronun xanımı işsizlərə dərs keçəcək


Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makron təhsili olmayan böyüklər üçün məktəb açır.

Fransanın birinci xanımı həmin məktəbdə klassik ədəbiyyat və mədəniyyətdən dərs keçməyə hazırlaşır.

Layihə Peşəkar Məşğulluq İnstitutu adlanır. Onun baş sponsoru geyim və ətriyyat istehsalı ilə məşğul olan LVMH şirkəti olacaq. Məktəbin ilk binaları sentyabrda Parisin ətrafındakı Sen-Deni rayonunda açılacaq. Bu rayonda miqrantların və yerli işsiz əhalinin sayı üstünlük təşkil edir.

İkinci məktəb isə 2020-ci ildə Lion yaxınlığında açılacaq. Məktəbə 25-30 yaş arasında olan 50 nəfər qəbul ediləcək. Doqquz ay ərzində onlara əsas fənlər (fransız və ingilis dilləri, riyaziyyat və digərləri) üzrə pulsuz təhsil veriləcək.

B.Makron ayda ən azı bir dəfə məktəbdə dərs keçəcək. O, həmçinin institutun tədris proqramını hazırlayıb.

Xatırladaq ki, B.Makron uzun illər ərzində fransız dili müəllimi kimi işləyib və yalnız 2015-ci ildə bu işdən ayrılıb.