Tramp yeni “iPhone”dan gileyləndi - Daha yeni model gəlir...

ABŞ prezidenti Donald Tramp yeni “iPhone” modelindən məmnun olmadığını bildirib.

Lent.az xəbə verir ki, Tramp bu barədə tvitter hesabında açıqlayıb.

ABŞ prezidenti əlavə edib ki, əvvəlki “iPhone” modelləri daha yaxşı idi:

“Əvvəlki “iPhone” modellərində olan “Home” düyməsi vasitəsilə idarəetmə sistemi yeni “iPhone” modellərində olan “swipe” idarəetmə sistemindən daha yaxşı idi”.

Qeyd edək ki, Trampın bu iradından sonar şirkətin gələn il “iPhone 8”in dizaynını və “iPhone 11”in texniki göstəricilərini özündə birləşdirəcək yeni “iPhone” modelini təqdim edəcəyi bildirilib. Ola bilər ki, bu model, “iPhone SE 2” adlansın.