Tarkan ikinci dəfə ata olur

Ötən il qızı Liya dünyaya gələn Meqastar Tarkan ikinci dəfə ata olacaq.

Axşam.az xəbər verir ki, sənətçinin xanımı Pınar 2 aylıq hamilədir. Cütlüyə yaxın mənbə onların bu xəbərə çox sevindiklərini bildirib.

Qeyd edək ki, Tarkan bir neçə gün öncə verdiyi açıqlamada yenə uşaq istədiyini dilə gətirmişdi.