Baydenin iti Ağ Evdə qara günlər yaşatdı - Foto

ABŞ prezidenti Co Baydenin iti Ağ Evi bir-birinə qatıb. Bu barədə “Sherg.az” “Milliyet”ə istinadən xəbər verir.  Bayden dövlət başçısı seçildikdən sonra iki cins itini- Çamp və Majoru da bura gətirmişdi. Lakin Major çox keçmədən “dəcəllik” etməyə başlayıb.

Ona görə o, Çampla birlikdə yenidən Baydenin bağ evinə aparılıb. Yerli medianın yazdığına görə 13 yaşlı Çamp sakitdir. Ondan on yaş kiçik olan Major isə aqressivdir. Bu “şıltaq” it Ağ Ev işçilərini görən kimi onlara hürür, üstlərinə qaçır.

 Qeyd edək ki, Bayden 2018-ci ildə Majoru sahiblənib.