Bled gölünün gözəlliyindən doymaq olmur

Bura hər il minlərlə insan axışır

Bled gölü Sloveniyanın şimal - qərbində, Alp dağlarının ətəyində yerləşən təbii gözəlliklərdən biridir. Bu göl ölkənin ən cəlbedici turizm məkanlarından sayılır. Bura hər il minlərlə insan axışır.

“Şərq” xarici media istinadən xəbər verir ki, Bled gölündəki adada “Məryəm ana” monastrı yerləşir. Bu da Bled gölünün mənzərəsini daha da füsunkar edir.

Gölün səthi qış aylarında bütünlüklə donaraq ona ayrıca gözəllik qatır. Qarla örtülü dağlarla əhatə olunmuş Bled gölündəki bu qeyri-adi mənzərə peşəkar fotoqraflarla yanaşı, həvəskarların da diqqətini çəkir.

Aytac