Lavrovun maskasındakı yazı diqqəti cəlb edib - Nəyə eyham vurur?

Rusiya xarici işlər naziri Sergey Lavrovun Çində səfərdə ikən taxdığı maskanın üzərində yazı birmənalı qarşılanmayıb.
"Sherg.az" Report-a istinadən xəbər verir ki, nazirin taxdığı maskanın üzərindəki “FCKNG QRNTN” (“fucking quarantine” – sərbəst tərcümədə “lənətə gəlmiş karantin”) slenqi öz əksini tapıb.
Məlumata görə, bu qoruyucu maskanı ona ad günü münasibətilə (XİN başçısının ad günü ötən gün olub) jurnalistlər hədiyyə edib.