3 min illik qızıl maska tapıldı - FOTO

Çinin Siçuan bölgəsində aparılan arxeoloji qazıntılar zamanı 3 min il əvvələ aid edilən qızıl maska tapılıb.

Axar.az xəbər verir ki, maskanın daha əvvəl tapılanlarla müqayisədə böyük olduğu bildirilir.

Sadəcə bir hissəsi tapılan və təxminən 280 qram olan maskanın 84 faizi qızıldandır.

Ehtimal olunur ki, maskanın qalan hissələri ilə birgə çəkisi 500 qramdan artıq ola bilər və bu da, o dövrün qızıldan hazırlanmış qalıqları arasında ən ağırı sayılar.