Bu robot epidemiya zamanı insanların etibarlı  dostu olacaq

“Hanson Robotics” şirkəti “Grace” adlı tibbi  robot istehsal edib.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, yeni robot xəstəliyin diaqnozunu qoymaq, həmçinin atəşi ölçmək üçün termal kameraya sahibdir. Mütəxəssislər bu robotla epidemiya zamanı insanlar üçün etibarlı bir dost olmağı hədəfləyib. Həmçinin, o bir səhiyyə işçisi  kimi danışıq terapiyası aparmaq və insan jestləri etmək bacarığına da malikdir. Hawaii Universitetinin professoru Kim Min-Sun koronavirus karantinlərinin evdə tək qalan bir çox insanın ruhi sağlamlığına mənfi təsir etdiyini bildirib. Min- Sun deyib ki, yalnız olanlar Sophia və Grace kimi sosial robotlardan kömək ala bilərlər. O hesab edfir ki, insan şəklində olan robotlar cəmiyyətə müsbət təsir göstərəcək.