İllərdir gözlənilən məqam aydınlaşdı:UFO-ların mövcudluğu tanındı - Foto

ABŞ Konqresinə təqdim olunan 9 səhifəlik hesabatda rəhbərliyin varlığını inkar etdiyi UFO-larla bağlı təəccüblü açıqlamalar verilib. 
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlamalarda milyonlarla insanın uzun illərdir, gözlədiyi bəzi məqamlara aydınlıq gətirilib.
Bununla da, ABŞ rəsmilərinin rəsmi olaraq UFO-ların mövcudluğunu tanıması tarixdə mühüm dönüş nöqtəsi oldu.
Hesabatda 2004 və 2021-ci illər arasında bir çox UFO görüntüləri də qeydə alınıb.
Aparılmış müşahidələr zamanı UFO-ların  144-ü qeydə alınıb ki, onların da 80-i birdən çox detektorla müşahidə edilmişdir.