Fəhlələr də sıradan çıxır

Tikinti sektorunda işləyə biləcək robot istehsal olunub

Yaponiya şirkəti tikinti sektorunda işləyə biləcək robot istehsal edib. 
 "Şərq" xarici mətbuata istinadən xəbər verir ki, yeni robot bir çox funksiyalara malikdir. "Atlas" adlı robot qaça, rəqs edə və gimnastika hərəkətləri edə bilər. Bu robotun əsasən fəlakət bölgəsində faydalı olacağı düşünülür. O, insandan üç dəfə böyükdür və fiziki cəhətdən insana bənzəyir. Robotun hər əlində cisimləri tuta biləcək üç barmağı var. Sınaq zamanı robot yalnız yüngül polimer çubuq və futbol topu tutub, lakin o, daha ağır obyektlərini tutmaq qabiliyyətinə malikdir.