Yaylada tək yaşayan nənə... - FOTOLAR

"Canım sıxılınca odun topladım. Heyvanlara yem verdim"


37 ildir ki, yaz-qış Karakısrak Yaylasında tək yaşayan və bölgədə "Nənə Robinson" kimi tanınan 87 yaşlı Fadime Kayacının həyatı sənədli filmə çəkilib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  "Fatma Kayacının bilinməyən hekayəsi" adlı sənədli film İtaliyada təşkil edilən "NuoviMondi Film"  festivalında 600 əsər arasında münsiflərin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, yaz aylarını Tonyanın 1900 yüksəkliyində yerləşən Karakısrak Yaylasında keçirən nənə az qala bir əsrdir ki, burada yaşayır. Buna səbəb isə qardaşı oğlu 14 yaşlı Əli Haydar Kayacının qıcolmadan vəfat etməsi olub. Belə ki, bir gün yaylada ot toplayan Fadime Kayacı evinə gedərkən qardaşı oğlunun cansız bədənini görür. Dağlıq ərazidə dəfn olunan qardaşı oğlunun ölümündən çox kədərlənən Kayacı qohumlarının israrına baxmayaraq həmin tarixdən sonra öz yaşadığı kəndinə qayıtmır və illərlə burada yaşamağa başlayır. O, hətta 2011-ci ildə keçirilmiş "Ən çox bəyənilən ev xanımı" anketində qalib seçilir və yaşının çox olmasına baxmayaraq cəsarətli həyat tərzi səbəbindən "Robinson Nənə" olaraq tanınıb.

Fadime Kayacı həyatının bir sənədli filmin mövzusu olduğu üçün xoşbəxt olduğunu söyləyib:

"Yayda və qışda bu yaylada tək yaşadım. Canım sıxılınca odun topladım. Heyvanlara yem verdim. Sonra gəlib mənim həyatım haqqında sənədli filmə çəkmək istədilər. Ümid edirəm ki, film çox gözəl olub".
Filmin rejissoru Orhan Tekelioğlu açıqlamasında bildirib ki, illərdir ki, 2000 metr yüksəklikdə bir mühitdə yaşayan Kayacı yaşadığı yeri tamamilə meşə sahəsinə çevirib. O qeyd edib ki, çəkdikləri filmin xüsusi  mükafata layiq görülməsi onları çox sevindirib.