Cavanşir Mənzurəni hədələdi:"Biz də bildiyimiz hər şeyi açıqlayaq?!" 

Müğənni Mənzurə Musayeva bir müddət öncə “Bütün duet ortaqları bir-birilə sevgilidir” açıqlaması ilə gündəmə gəlib. İfaçının sözləri həm sosial şəbəkələrdə, həm də şou aləmində birmənalı qarşılanmayıb. Onu tənqid edənlər də var, dəstəkləyənlər də.
“Sherg.az”ın məlumatına görə, Cavanşir Məmmədov “Elin sözü” proqramında həmkarına irad bildirib. O, verilişin sonunda hiddətlənərək bu sözləri deyib:
“Mənzurə söyləyir ki, duet ortaqları bir-birilə sevgilidir. Öz gözündə tiri görməyənlər, başqasında tircik gəzirlər. Bəyəm, menecerin, prodüserin, sponsorun sevgilin deyil? Deyir, guya Səyyad Əlizadə ilə Mətanət sevgili olub. Utanmırsan onun ailəsinə söz-söhbət salırsan?!  Flora Kərimova ilə Gülağa Məmmədov da duet oxuyublar. Onlar da sevgili idi?! Mənzurəyə bir neçə dəfə irad bildirdim. Qayıtdı ki, sizdən danışmıram axı. Nə edək bizdə bildiyimiz hər şeyi açıqlayaq?”