Pişiklərin “vətəni”: Adada pişik məbədi, pişik muzeyi, pişik heykəli var – FOTOLAR 

 “Tashirojima” adası Yaponiyanın şərqində yerləşən sevimli, 3 kvadrat kilometr kiçik bir ərazini əhatə edən yerdir. Onu sevimli edən, şübhəsiz ki, yüzdən çox pişiyin evi olmasıdır. "Sherg.az"xarici mediaya istinadən xəbər verir ki, Tashirojimada 100-ə yaxın insan yaşayır və pişiklərin sayı insanların sayından çoxdur. 

Dəqiq sayı bilinməsə də, orda təxminən 150 pişiyin olduğu təxmin edilir. Adada yaşayanların 50 faizi 65 yaşdan yuxarı insanlardır. Bu adada pişiklər inanılmaz dəyərə malikdir. Bura it gətirmək və pişikləri narahat etmək qadağandır. Adada pişik məbədi, pişik muzeyi, pişik heykəli və pişik formalı binalar var. Bəs niyə burda bu qədər çox pişik var və onlar niyə adadakı insanlar üçün önəmlidir?

Belə ki,17-ci əsrdə adada yaşayan siçovullar və digər gəmiricilər ipəkçiliklə məşğul olmağa mane olub. Yerli sakinlər də siçanların sayını azaltmaq üçün vasitə tapıblar. Məhz buna görə də hər bir ada sakini pişik saxlamağa başlayıb və bir müddət sonra onların sayı xeyli artıb. Bu vəziyyət 19-cu əsrə qədər davam edib. Hazırda adada pişiklərin artımı əvvəlki qədər çox olmasa da, zamanla insanların köç etməsi səbəbindən pişiklərin sayı hələ də insan sayından çoxdur. Burdakı  pişiklərin xüsusi əhəmiyyət kəsb etməsinin digər  səbəbi isə onların şans, bolluq və pul gətirdiyinə inanılmasıdır.