Paraşütlə tullanan ən yaşlı insan:103 yaşı var

İsveçdən olan 103 yaşlı Rut Larsson dünya tarixində paraşütlə tullanma edən ən yaşlı insan oldu.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, Ginnesin dünya rekordunu qıran Larsson 13 ilə yaxındır ki, paraşütlə tullanma idmanı ilə məşğul olduğu bildirilir.
"Bunu etmək əla idi, mən uzun müddətdir bu barədə düşünürdüm. Hər şey planlaşdırıldığı kimi getdi. Yuxarıdan yavaş-yavaş üzmək çox gözəldir, özümü yaxşı hiss edirəm "- Larsson İsveçin TT xəbər agentliyinə bildirib.
İlk paraşütlə tullanmasını 2019-cu ildə 101 yaşında edən Larsson mayın 29-da İsveçin Motala şəhərində paraşütçü Jomacki Johansson ilə rekord tullanışını tamamlayıb.