Restoran sahibindən KURİOZ ADDIM: İşıqları söndürüb, şam yandırdılar - SƏBƏB? 

İtaliyada bir restoran elektrik enerjisi qiymətinin bahalaşması səbəbindən işıqları söndürüb və şam yandırıb.
"Sherg.az" " trthaber.com"a istinadən xəbər verir ki, sözügedən restoran elektrik haqqının 500 faizə qədər artması səbəbindən işıqları söndürmək qərarına gəlib. 
Müştərilərin restoranda şam işığında vaxt keçirdikləri anlar sosial şəbəkədə paylaşılıb. İstifadəçilər paylaşıma “Avropada və ondan kənarda çox isti son bahar olacaq”  kimi ironik şərhlər yazıblar.  
Mütəxəssislər, İtaliyanın 2021-ci ildə 43 milyard avroya başa gələn enerji idxalının bu il 60 milyard avro artacağının da gözləndiyini açıqlayıb