Katalina kanalını üzüb keçən ilk türk qadın üzgüçü: "Məqsədim okeanları "yarmaqdır""


 La-Manş boğazını ən tez keçən türk qadını olan açıq dəniz üzgüçü Bengisu Avcı ABŞ-da Catalina kanalını keçərək yeni bir çığır açıb. 
"Sherg.az" NTV-yə istinadən xəbər verir ki, böyük ağ köpəkbalıqlarının geniş yayıldığı 34 kilometrlik məsafəni 11 saat 59 dəqiqəyə üzən Avcı marşrutu tamamlayan ilk türk qadın üzgüçü olub.