Lukaşenko Putinə ad günü üçün traktor hədiyyə etdi - FOTO

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə “Belarus” traktoru hədiyyə edib.
Yubiley hədiyyəsi barədə Lukaşenko özü jurnalistlərə danışıb.
“Özüm işlətdiyim traktordandır - “Belarus”dur. Ən yaxşısıdır. Əl işidir”, - deyə o qeyd edib.
“Bütün qoşquları ilə?”, - deyə jurnalistlərdən biri müxtəlif əlavələri olan maşınla maraqlanıb.

“Qoşqular, bilirsiniz, milyonlarladır. Buna görə də seçimdən asılıdır. Amma mən ona bir qoşqu   təklif edəcəyəm – toxumsəpən. Taxıl əkəcəyik. Başqa bir şey də ola bilər. Bu traktor universaldır”, - deyə Lukaşenko bildirib.