Dünyanın ən incə göydələni: Ən yaxşı mənzillər 100 milyon dollara satılacaq


Steinway Tower adlanan qeyri-adi bina Nyu -Yorkda yerləşir və artıq üç ildir dünyanın ən incə göydələni adını daşıyır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “ultra nazik” bina haqlı olaraq mühəndislik sənətinin əsl şah əsəri hesab olunur.

Bu super nazik göydələni memarlar "tikintidə böyük mərhələ" adlandırırlar. Quruluşun hündürlüyü 435 metrə çatır ki, bu da ona Nyu-Yorkun ən hündür göydələnləri arasında üçüncü, ABŞ-ın ən hündür binaları siyahısında dördüncü yeri tutmağa imkan verir.

Səksən iki mərtəbəli binanın 77-si dəbdəbəli mənzillər üçün istifadə olunacaq. Ən yaxşı mənzillərin təxminən 100 milyon dollara satılacağı gözlənilir.