İflic xəstəsi olan niderlandlı Gert-Jan
Oskam İsveçrədə həyata keçirilən “Rəqəmsal körpü” layihəsi sayəsində 12
ildən sonra ilk dəfə ayağa qalxaraq addımlayıb. Bu, isveçrəli alimlərin
hazırladıqları xüsusi cihaz – beyin implant cihazı vasitəsilə gerçəkləşib.
“Sherg.az” “NTV.com.tr”yə
istinadən bildirir ki, əməliiyatı gerçəkləşdirən isveçrəli alimlər bunun
üzərində təkimlləşdirmə apardıqları beyin implant cihazı insanın düşüncələrini
qavrayaraq onurğa iliyinə ötürməsi nəticəsində mümkün olduğunu açıqlayıblar.
G.Oskam 2011-ci ildə Çində məruz qaldığı avtomobil qəzasından sonra iflic olub.
Və o zamandan bəri əlil arabasına məhkum vəziyyətdə qalıb. İsveçrə Federal
Texnologiya Universitetinin professor Qriqori Kortin verdiyi açıqlamada Oskamın
“Rəqəmsal körpü” layihəsinə qatıldığını və layihə sayəsində ayağa qalxaraq
addımlamağa başladığını bildirib.

G.Oskam hər sınaq zamanı 100
metrdən artıq məsafədə addımlayıb. “Qurduğumuz sistem insanın düşüncələrini
qavrayarıb onurğa beyninə - iliyə ötürərək hərəkət mexanizmini oyandırır”,
söyləyən Q.Kortin deyib ki, layihə beyin və əzələlər arasındakı əlaqəni bərpa
edərək iflicin müalicə olunmasını hədəfləyir. Bu sistem reabilitasiya
mərhələsində də xəstələrin bel sümüyü sinirlərinin müalicəsinə kömək edir.
G.Oskam da yenidən ayağa qalxaraq addımlamağa başladığı üçün xoşbəxt olduğunu
deyib: “İsveçrəli alimlər sayəsində yenidən ayağa qalxa bilirəm. Dostlarımla
gözəl vaxt keçirə biləcəyəm, istədiyim oyunlara qatılacağam. Normal həyata
qayıdıram artıq. Bu, məni hədsiz xoşbəxt edir”, - deyib.