Tort-paltar görənləri heyran edib


Ginnesin Rekordlar Kitabına düşdü
  İlk baxışda onun bir geyim – paltar olduğu zənn edilir. Əslindəsə, bu, paltar formasında hazırlanmış şirniyyat – tortdur. Onun özəlliyi budur ki, bu tort-paltar əyinə geyinilir. Tam olaraq 131.15 kiloqram ağırlığında tort-paltar isveçrəli kulinar tərəfindən hazırlanıb. İsveçrəli kulinar dünyanın ən böyük geyinilə bilən tort-paltarını ərsəyə gətirməklə Ginnesin Rekordlar Kitabına adını yazdıra bilib.

 “Sherg.az” “Habertürk”ə istinadən bildirir ki, Nataşa Colin Kim Fah Lee Fokas adlı kulinarın tapıntısı Ginnesin Rekodrlar Kitabının instaqram hesabında paylaşılıb. Tort-paltar görənləri heyran edib. Kulinar bu nadir tapıntısını İsveçrə Dünya Toyu sərgisində nümayiş etdirib. Tort-paltar sərginin finalında mərkəzə gətirilib və iştirakçılara, qonaqlara onu kəsmək sevinci nəsib olub.