Ronaldonun 1.5 milyonluq saatı

Narkobaronda da var

İstanbulda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirilib. 

“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, beynəlxalq narkoticarət şəbəkəsinə qarşı İstanbulla yanaşı Muğla, Antalya, Ankara və Aydında əməliyyat aparılıb və 1 milyard lirə dəyərində narkotik maddə satışından əldə edilmiş mallar, o cümlədən 100 milyon lirə dəyərində zinyət əşyası müsadirə edilib. 23 nəfər saxlanılıb. Yayılan məlumata görə, “ulduz” futbolçu Cristiano Ronaldonun 1,5 milyon dollarlıq saatının eynisi  narkobaronda tapılıb. Bu saatdan cəmi 6 ədəd istehsal edildiyi bildirilir. Deməli, 6 ədəd saatdan biri məhz narkobaronda imiş.