Dünyanın ən kiçik çantası: O, hətta sancaq deşiyindən də keçə bilər!

Çanta nə qədər kiçik ola bilər? Mini çantanın tərifini yeni ölçüyə götürsək, inanmaq çətin olsa da, "dünyanın ən kiçik çantası" demək olar ki, çörək qırıntısı ölçüsündədir. Ancaq çantanı görmək üçün sizə mikroskop lazım ola bilər!

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, maraqlı sənət əsərləri yaratmış Nyu Yorkda yerləşən MSCF şirkəti yeni mikroskopik çanta dizaynı ilə gündəmə gəlib. Fransız lüks moda markası Louis Vuitton-un "OntheGo" çanta modelindən ilhamlanan mini çanta dünyanın ən kiçik çantası sayılır.

Mini çanta Louis Vuitton kişi geyimlərinin yaradıcı direktoru olan müğənni Pharrell tərəfindən gələn həftə Parisdə keçiriləcək hərracda satışa çıxarılacaq. Dəniz duzundan belə kiçik olduğu bildirilən çanta, qatranı fotopolimerləşmə ilə emal edilərək hazırlanıb.

Çantanın tanıtımı zamanı şirkət "Dəniz duzundan kiçik olan və sancaq dəliyindən dartıb çıxara bilən bu çantanı görmək üçün mikroskop lazım olacaq" deyə məlumat yayıb.

Turan