Şabranda Ümumdünya Yoqa Günü qeyd olunub

Hindistanın Azərbaycandakı səfirliyi Beynəlxalq Yoqa Gününə həsr olunmuş növbəti tədbir keçirib.

"Report" xəbər verir ki, tədbir bu dəfə "Şabran" hotelində baş tutub.

Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan çıxışında deyib: "Şabran yolunda biz Beşbarmaqdan keçdik, bu, 5 barmaq deməkdir. Beş komponent bugünkü tədbirin əsasını təşkil edir".

Təqdimat mərasimində qonaqlara ənənəvi hind təbabəti Ayurveda, bədən və ruhun harmoniyasını, fiziki, əqli və mənəvi sağlamlığı yaratmağa imkan verən yoqa dərsləri haqqında məlumat verilib.

Sonra hər kəs açıq havada yoqa seansında iştirak edib.

Daha sonra Hindistanın Assam əyalətinin ənənəvi mahnı və rəqslərindən ibarət proqram təqdim olunub.

Xatırladaq ki, 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatı Hindistanın təşəbbüsü ilə irəli sürülən və 117 dövlətin dəstəklədiyi qətnaməni qəbul etməklə, 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.