58 yaşlı amerikalı Tami Manis qadınlar arasında keçirilən dünyanın ən uzun saç yarışının qalibi olub. Manis 172,72 santimetr uzunluğunda saçları ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 80-ci illərdə izlədiyi bir videoda qadının quyruqlu saçlarından təsirləndiyini bildirən Manis, "Onun kimi olmaq istəyirəm" deyərək saçlarını yal şəklində uzatmağa qərar verdiyini deyib.
"Saçımı kəsdirmək üçün bərbərxanaya getdim və kişi dedi ki, bu mənim saç düzümüm deyil və mənə yaraşmır, amma mən "istədiyim budur" dedim", - Manis bildirib.
1989-cu ilin noyabrında Manis saçını kəsib və dərhal peşman olub. Beləliklə, 1990-cı il fevralın 9-da saçlarını yal şəklində yenidən uzanmağa başlayıb.
Daha əvvəl 1000 nəfərin qatıldığı saç yarışmasından 300 dollar qazandığını deyən Manis, Ginnesdən aldığı rekord sertifikatın onun üçün "inanılmaz" olduğunu vurğulayıb.
Saçlarını özündən uzun olduğu üçün adətən hörükdə istifadə etdiyini deyən Manis, saçlarının bu qədər uzanmasında genetik xüsusiyyətlərinin də təsirli olduğunu bildirib.