Koronavirusun dördüncü dalğası gəlir? - Açıqlama

“Heç bir dördüncü dalğa olmayacaq”.

"Sherg.az" xəbər verir ki, bu fikirləri Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev öz "Facebook" hesabında yazıb. O vurğulayıb ki, dalğa oyunları ilə insanları stresə salmaq olmaz:

“Azərbaycanda cəmi bir epidemik alovlanma olub. Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu dalğa deyil, dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb azalsın. Dördüncü dalğa proqnozunu  verənlər isə biraz düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadaır. Yenidən insanları stresə salmaq isə olmaz. Bu ciddi fəsadlar yarada bilər. Nə olacaqsa olacaq. Situasiyaya uyğun davranılmalıdır”.