Kim Çen İnn ağır xəstəliyə tutulub? - FOTOLAR

Şimali Koreya lideri Kim Çen İnn daim fiziki görünüşü ilə bütün dünyanın diqqətini çəkib.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, hər zaman kök olan lider bu dəfə yeni fotolarında xeyli arıqlaması ilə diqqət çəkib. Fotoları təhlil edən  “NK Xəbərlər“saytı Şimali Koreya liderinin kəskin şəkildə arıqladığını vurğulayıb. Seoulda yerləşən xəbər saytı, 37 yaşında olduğu düşünülən Kimin sol qoluna taxılmış 12 min dollarlıq  sevimli saatının böyüdülmüş şəkillərini yayımlayıb. Həmin fotolar bu ilin mart və ötən ilin noyabr aylarında çəkilib. Görüntülərdə açıq aydın şəkildə onun qolunun daha incə olduğu görünüb. Sayt Kimin ağır xəstəliklə mübarizə apardığını qeyd edib.
Qeyd edək ki, daha əvvəl isə Kimin ölümü ilə bağlı iddialar ortaya atılmış və hətta onun saxta görüntülər yayımlanmışdı.