"Anamın yarası get-gedə böyüyür"

Nigar Şabanova: "Əti sümüyə qədər çürüyüb, irinləyib"

Vətən müharibəsindən sonra zaman-zaman qazilərimizin, savaşçılarımızın xoş günləri ilə bağlı xəbərlər oxuduq. Onlardan müharibədə tibb bacısı kimi iştirak edən qızlarımızla ailə həyatı quran, yaxud da yollarını dualarla gözləyən sevgililəri ilə evlənənlər oldu. 
Təbii ki, igidlərimizin xoşbəxtliyi hər birimizi sevindirdi. 

Bir də canlı efirdə Əməkdar artist Nigar Şabanovaya evlilik təklif edən savaşçımız var. Xüsusi Təyinatlı Qüvvələrdən olan qəhrəmanımız xanəndəyə sevgisini elan etdi. Sənətçi əvvəlcə hərbçi xanımı olmaqdan çəkinsə də, bu təklifə razılıq verdi. Bir müddət sonra XTQ giziri ilə nişanlandığını açıqladı. Nişan mərasimindən fotosunu paylaşan N.Şabanova hərbçi xanımı olmağın qürurunu və sevincini izləyiciləri ilə bölüşdü.
Xanəndə indi acılı-şirinli günlərdən keçir. Anasının səhhətində yenidən problem yaranıb, bir müddət öncə komaya düşüb. 

Əməkdar artist “Şərq”ə həm anasının sağlıq durumu, həm də nişanlısı haqda danışıb: 

“Anamın yarası get-gedə böyüyür. Əti sümüyə qədər çürüyüb, irinləyib. Ayaqları da yerimir ki, hərəkət etsin. Üç aydır yataqdadır”. 

N.Şabanova toy tarixini də açıqlayıb:

 “İnşallah anam  sağalsın. Nişanlım da xidmətdədir. Başı Qarabağa qarışıb, Vətənin keşiyindədir. Üzünü normal görə bilmirəm. Onun üçün birinci Vətən, sonra nişanlısıdır. İcazə verilsə, Bakıya gəlmə imkanı olsa, toyu edəcəyik. Hazırda rəsmi nikahımız yoxdur. Bir neçə günlük bura gələcək. O zaman nikah üçün  müraciət edəcəyik”.