Çində yeni virus növü: ilk ölüm faktı...

Çində yeni virus növü aşkarlanıb. "Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, yeni virus  "Monkey B"(BV) adlandırılıb. Bu virus səbəbindən artıq ilk ölüm faktı da qeydə alınıb.  Belə ki,  mayın 27-də 53 yaşlı kişi  virus səbəbindən xəstəxanaya yerləşdirilib. Bütün aparılan müalicəyə rəğmən xəstəxanada dünyasını dəyişib. Qeyd olunub ki, yeni virusun  əsas əlamətləri ürək bulanma, qusma, qızdırmadır. Həmçinin yeni virus insanlara nevroloji cəhətdən də ciddi təsir göstərir.