TƏBİB: “Ailə qurmazdan öncə vaksin vurulması tövsiyə edilir”

Bu günə qədər 4 milyon 500 minə qədər vaksin vurulub və Azərbaycanda heç bir ciddi əks təsir olmayıb.
Oxu.Az xəbər verir ki, bu sözləri operativ qərargahın keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bəzən vaksin vurulması ilə bağlı suallar verilir:
“Ailə qurmazdan öncə infeksion xəstəliklərə tutulmama üçün vaksin vurulması tövsiyə edilir. Bu dünya praktikasında da tətbiq edilir. Yeni ailə quran şəxslərə də vaksin vurula bilər. Hər bir dərmanın əks göstərişi və əks təsiri ola bilir. Lakin bu günə qədər Azərbaycanda vurulan vaksinlər arasında heç bir ciddi əks təsir qeydə alınmayıb”.