Sensasion açıqlama: “Pandemiya ətrafında ciddi siyasət var”


Rusiya Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzinin Yekaterinburqdakı şöbəsinin müdiri Aleksandr Semenov koronavirusla bağlı açıqlama verib. “Sherg.az” TASS-a istinadən bildirir ki, o virusun süni mənşəyinə dair dəlil olmadığını deyib. “Digər yoluxucu xəstəliklərin tarixini öyrənsəniz koronavirusun təbii xəsətəlik olduğunu anlayarsınız”- deyə, həkim bildirib. 
Alim xəstəliyin yayılması ilə bağlı iddiaların siyasi olduğunu vurğulayıb. "Siyasi oyunları elmi faktlardan açıq şəkildə ayırmaq lazımdır. Təəssüf ki, bu pandemiya ətrafında ciddi siyasət var və müxtəlif qruplar öz maraqlarını güdür”.- deyə, o əlavə edib.