Arif Babayevdən xəbər var: Səhhəti... - FOTO

Bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan xalq artisti Arif Babayevdən xəbər var. Onun yeni görüntüləri sosial şəəbəkələrdə yayılıb.
“Sherg.az”ın məlumatına görə, aparıcı Lalə Azərtaş sənətkarı ziyarət edib və birgə fotosunu İnstaqram hesabında paylaşıb. O, posta bir qeyd də yazıb:
“Qaxda qonağı olacağıma söz vermişdim. Gəldim və xalqın sevimli oğlu Arif Babayevə baş çəkdim. Səhhəti lap yaxşıdır, hamınıza salamı var”.
Qeyd edək ki, xalq artisti ötən ilin sentyabrında insult keçirib.