Elnur Əşrəfoğlunun son durumu necədir?

“Elnurun vəziyyətində yaxşılaşma yoxdur”.
Bu barədə Oxu.Az-a onun həyat yoldaşı məlumat verib.
O bildirib ki, Elnurun müalicəsi üçün həkimlər əllərindən gələni etsələr də, vəziyyətində irəliləyiş qeydə alınmayıb:

“Müalicələr davam edir. Zəruri olan hər bir tədbir görülür. Ümid bir Allaha qalıb. Ancaq dua edirəm ki, Elnur sağ salamat evə qayıtsın”.

Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.