Üzün qızarması hansısa xəstəliklə bağlıdır? - AÇIQLANDI  

Üzümüzün qızarma səbəbləri yəqin ki, sizin üçün də maraqlıdır. Bu dəridəki incə damarlara qan axınının artması ilə əlaqədardır. 
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, buna fiziki gərginlik, yüksək təzyiq, utanma, qəzəb də səbəb ola bilər. Çoxlarının fikrincə,  üz qızaran zaman baş, yanaqlar və qulaqlardan sanki alov çıxır. Sonra tərləmə başlayır və ürək döyüntüsü sürətlənir. Sakitləşdirici və tənəffüs məşqləri gərginliyi aradan qaldıraraq bu qızartının qarşısını ala bilir.