Gözlərdə subkonyunktival qanaxma... – Niyə yaranır və nə etməli?  

Subkonyunktival qanaxma konyunktivanın altındakı kiçik damarın, gözün xarici mühitlə təmasda olan hissələrini əhatə edən selikli qişanın partlaması nəticəsində baş verir. 

"Sherg.az" xarici  mediaya istinadən xəbər verir ki , konyuntiva qanı tez uda bilmir, buna görə də qan üzə çıxır. Xəstələr güzgüyə baxana və gözlərinin ağlarının parlaq qırmızıya çevrildiyini görənə qədər konyunktival qanaxma olduğunun fərqinə varmırlar. Qanlı görünüşünə baxmayaraq, gözün vizual keyfiyyətdində problem olmur. 

Bu fotodakı körpə qızı anası məktəbdə dostlarını qorxutduğu üçün  xəstəxanaya aparıb. Nəticədə onun  gözlərində subkonyunktival qanaxma olduğu müəyyən olunub. Belə gözlər  bir neçə həftə ərzində öz-özünə sağalır. Gözdə yanma hissi varsa, həkim gündəlik istifadə üçün göz damcıları təyin edə bilər.