Boynu bükük balalar! – Dəhşətli tortikollis xəstəliyi ... - Yaranma səbəbi və çıxış yolları

Kaş ki, fotoda gördüyünüz şirin körpə bizə yaraşıqlı olsun deyə boynunu əysəydi, amma təəssüf ki, bu hərəkət onun bilərəkdən etdiyi bir şey deyil.  Çünki o, “tortikollis” xəstəsidir.
  "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, “tortikollis” fotoda da gördüyünüz kimi boynunun ikitərəfli əzələsi olan “sternocleidomastoideus “(SCM) əzələsinin bir tərəfinin müxtəlif səbəblərdən qısaldılıb qalınlaşması və başın aşağı əyilmiş olması xəstəliyidir. Bu xəstəliyin diaqnozu adətən körpəlik dövründə  qoyulur. Xəstəlik  əksər insanda anadangəlmə olur. Tortikolisin yaranma səbəbi doğum zamanı meydana gələn əzələ, damar və ya sinir travmasıdır.

  Müalicəsi zamanı fiziki müalicə üsulu tətbiq edilir və 90 faizdən çox uğurlu nəticə verir.  

Yalnız fiziki müalicənin müsbət nəticə vermədiyi xəstələrdə cərrahi əməliyyat və cərrahi əməliyyatdan sonra fiziki müalicə məşqləri ilə yaxşılaşma əldə edilir.